Azərbaycanın nəql etdiyi qazın 55 faizdən çoxu Cənubi Qafqaz Boru Kəmərinin payına düşür

Azərbaycanın nəql etdiyi qazın 55 faizdən çoxu Cənubi Qafqaz Boru Kəmərinin payına düşür

Yanvar-oktyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 32 milyard 963,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 4 faiz artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, on ayda qaz nəqlinin 55,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə təbii qaz ixracı ötən ilin müvafiq ayları ilə müqayisədə 6,6 faiz artaraq 18 milyard 209,8 milyon kubmetr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə