Azərbaycanın ECO ölkələri ilə əlaqələrinin böyük gələcəyi var – DEPUTATIN ŞƏRHİ
“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına uğurla sədrlik edib. Bu münasibətilə Prezident İlham Əliyevi təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi müddətində həyata keçirilən təşəbbüsləri xüsusi vurğulayıb. Bildiyiniz kimi, Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Üzv dövlətlərlə yükdaşımalarla bağlı məlumatlar rəqəmsallaşdırılıb və digər ölkələrlə də analoji layihələr həyata keçirilir. Razılaşdırılmış multimodal dəhlizlər xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcək. Üzv ölkələr turizm potensialının inkişafına diqqət yetirirlər. Tacikistanın Düşənbə, İranın Sari və Ərdəbil, Özbəkistanın Şəhrisəbz, Türkiyənin Ərzurum və Azərbaycanın Şuşa şəhərləri “Turizm paytaxtları” seçilib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Özbəkistanda keçirilən 16-cı Sammitində Azərbaycanın çox önəmli imkanlara malik olduğu bird aha vurğulandı: “ Prezident İlham Əliyev xarici sərmayədarları ölkəyə cəlb etmək üçün hər cür imkanın olduğunu da xatırlatdı. İşğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma, tikinti-abadlıq işləri barədə danışan Prezidentimiz Azərbaycanda iqtisadi inkişafın ölkəmizə gətirdiyi uğurlar haqqında üzv dövlətlərin liderləri ilə keçirdiyi ayrı-ayrı görüşlərdə də ətraflı məlumat verib. Əlbəttə Azərbaycan iqtisadiyyatı güclü olmasaydı, bir neçə il ərzində azad olunmuş ərazilərə 7 milyard həcmində vəsait ayrılması mümkün olmazdı. Tərtib olunmuş dövlət proqramları bu inkişafa yeni təkan verib. Aqrar sektor 3,2% artıma nail olub. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərin də imkanları böyükdür. Həmin ərazilərdə turizm, nəqliyyat, emal sənayesi və digər sahələrin inkişafını da təmin etmiş olarıq. Prezident ECO-nun 16-cı Zirvə toplantısında üzv dövlətlərin qarşılıqlı mübadiləsini vacib hesab edərək bildirib ki, artıq bu təşkilat dünyada öz rolunu və yerini qiymətləndirən bir platformaya çevrilib. Üzv ölkələrin əldə etdiyi nailiyyətlər gələcəkdə qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsinə və dövlətlərin milli mənafeyinə öz töhfəsini verə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB