SOCAR Ukraynada videoproyeksiya yayımlayıb

SOCAR Ukraynada videoproyeksiya yayımlayıb

Ukraynada 8 Noyabr - Zəfər Günü ilə bağlı SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine”in bütün yanacaqdoldurma məntəqələrində (YDM) bayrama dair videoproyeksiya yayımlanıb. SİA xəbər verir ki, videoproyeksiyada üçrəngli bayrağımızın fonunda - “Azərbaycanın Zəfər Günü mübarək!” şüarı yer alıb.

Videoçarx yerli sakinlər və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə