“Bütün dünyada onlayn ticarət inkişaf edir” - İQTİSADÇI ŞƏRH ETDİ

“Bütün dünyada onlayn ticarət inkişaf edir” - İQTİSADÇI ŞƏRH ETDİ

“Onlayn ticarətin artmasının əsas səbəbi zamanın yaratdığı zərurətdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı bildirib ki, daha uzaq məsafədən daha qısa müddət ərzində alış-veriş edilməsi onlayn ticarət ən sərfəli ticarət növü hesab olunur: “Həm də bu zaman daha az resurs sərf edərək istədiklərimizi əldə etmiş oluruq. Buna görə də bütün dünyada, o cümlədən də Azərbaycan onlayn ticarət inkişaf edir. Bunun alt bazasını formalaşdırmaq üçün də müxtəlif qanunvericilik aktları qəbul olunur və prosesi nizamlayan digər prosedurlar müəyyənləşdirilir”.

E.Əmirov qeyd edib ki, türk lirəsinin ucuzlaşmasının isə ölkəmizə hər hansı bir təsiri yoxdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə