"Hava nəqliyyatı turistlər üçün baha başa gəlir" - MÜNASİBƏT

"Hava nəqliyyatı turistlər üçün baha başa gəlir" - MÜNASİBƏT

“Azərbaycanın turizm sektorunda qonşu ölkələrlə rəqabət apara bilməməsinin bir neçə səbəbi var və bunlardan biri ölkəmizdə xidmət səviyyəsinin Türkiyə və Gürcüstanla müqayisədə daha aşağı olmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, xarici turizmə imkan yaradan amillərdən biri turizm infrasturkturunun və otelçilik fəaliyyətinin inkişaf etməsidir: “Aşağı ulduzlu otelçilik fəaliyyəti də Türkiyə və Gürcüstan kimi inkişaf etməyib”.

Ekspertin sözlərinə görə, quru sərhədlərin bağlı olması ölkəmizə gələn turistlərin sayına ciddi təsir edir: “Hava nəqliyyatı turistlər üçün baha başa gəlir. Bu faktorlar nəticə etibarı ilə ölkəyə daxil olan turistlərin sayında azalmaya səbəb olur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə