AMB-nin valyuta ehtiyatları 10.5 milyard ABŞ dollarına çatıb

AMB-nin valyuta ehtiyatları 10.5 milyard ABŞ dollarına çatıb

Profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13.9 mlrd. ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinin azaldılması ilə bağlı yaydığı məlumatda deyilir.

"Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1247.9 mln. ABŞ dolları təşkil etməklə alışyönlü olub. Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 16.8% və ya 1.5 mlrd. ABŞ dolları artaraq 10.5 mlrd. ABŞ dollarına çatıb", - AMB-dən bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə