"Faiz dəhlizinin aşağı həddi 7%-ə endirilib" - AMB SƏDRİ BİLDİRDİ

"Faiz dəhlizinin aşağı həddi 7%-ə endirilib" - AMB SƏDRİ BİLDİRDİ

"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilmişdir". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlamasına həsr olunan mətbuat konfransında AMB sədri Taleh Kazımov deyib.

O bildirib ki, bu qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilmişdir: "Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempinin azalma meyli davam etmişdir. 2023-cü ilin sentyabrında illik inflyasiya hədəf diapazonunda olmaqla 5.1% səviyyəsinə düşmüşdür. İllik inflyasiya tempi ötən ilin sentyabr ayında qeydə alınmış illik inflyasiya (15.6%) ilə müqayisədə 3 dəfədən çox aşağıdır. İllik baza inflyasiyasının tempi də azalaraq sentyabrda 5.2% olmuşdur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə