"Alternativ yol Ermənistana iqtisadi təzyiq etmək imkanı yaradacaq" - İQTİSADÇI MÜNASİBƏT BİLDİRİB
"Bugünkü gündə Naxçıvanla əlaqələr qurmaq üçün İran İslam Respublikası ilə saziş imzalanıb. Bunun gələcəkdə Azərbaycanın tranzit yollarının şaxələndirilməsində və yükdaşımaların həcminin daha sürətlə artmasında müəyyən təsirləri olacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, ölkənin tranzit imkanları genişlənir və Şərq-qərb istiqaməti üzrə tranzit yükdaşımaların həcminin artırılması nəzərdə tutulur: "Sözsüz ki, bu Zəngəzur dəhlizinə alternativ bir yoldur və İrəvanın iqtisadi məhdudlaşdırılmasına imkanlar yaradacaq. Ermənistan Zəngəzur dəhlizinin açılmasına biraz da müqavimət göstərsə, bizim artıq alternativ yolumuz olacaq".
"Bu, həm də bizə Ermənistana iqtisadi təzyiq etmək imkanı verir. Belə ki alternativ yolun tikintisi başa çatdıqdan sonra Ermənistan üzərindən olan yolun əhəmiyyəti azalır. Bu, Ermənistan iqtisadiyyatının daha da məhv olmasına və zəifləməsinə təsir göstərəcək. Hesab edirəm ki, bu körpünün açılışı Naxçıvan-Azərbaycan əlaqəsini təkmilləşdirəcək",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB