"Cari ildə azad olunmuş ərazilərə 41 min arı ailəsi köçürülüb" - MÜTƏXƏSSİS DANIŞDI
“İşğaldan azad olunmuş ərazilərə yerləşən təsərrüfatlar arı təsərrüfatları olub. 2020-ci ildə torpaqlarımız işğaldan azad olunan kimi arı təsərrüfatları müxtəlif ərazilərdə yerləşdirilib. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin hər bir qarışı arıçılıq üçün çox əlverişlidir. Bu il Xocavənd rayonunda, Kəlbəcərdə, Laçında, Qubadlıda arı ailələri yerləşdirilib. Ötən il təxminən 20 min arı ailəsi köçürülmüşdüsə, işğaldan azad olunmuş ərazilərə bu il artıq 41 min arı ailəsi köç etdi”. Bu sözləri SİA-ya arıçılıq üzrə mütəxəssis Bədrəddin Həsrətov deyib.
“Biz azad olunmuş ərazilərdə arıçılığın inkişafı proqramı hazırlamışıq. Təxminən 300 min arı ailəsi bu ərazilərdə yerləşdirilə biləcək. Bu da təxminən 3 min ton əlavə bal istehsalı deməkdir. Əlavə bal istehsalı ixrac üçün istifadə olunacaq və Azərbaycana əlavə gəlir qazandıracaq”,- deyə o əlavə edib.
“Balın keyfiyyətinə gəldikdə isə bunu yoxlamaq üsullarının hamısı nisbidir. Tam məsuliyyəti ilə deyə bilərəm ki, bütün metodlar yanlışdır. Balın təmizliyini laboratoriya yoxlaya bilər. Bundan əlavə mən həmişə qeyd edirəm ki, balın təmizliyini bilmək üçün arıçını yoxlamaq lazımdır. Bəzi arıçı olmaq istəyənlər elə ballar hazırlayırlar ki, ətri də, rəngi də orijinal bala bənzəyir. Amma laboratoriyada yoxladıqda məlum olur ki, təmiz bal deyil”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB