"Mağazanın 55 qəpikdən çörək alıb-satması sual doğurur" - İQTİSADÇI DANIŞDI

"Mağazanın 55 qəpikdən çörək alıb-satması sual doğurur" - İQTİSADÇI DANIŞDI

“Məlumat verildiyi kimi, çörəyin qiymətinin 60 qəpikdən 55 qəpiyə endirilməsi iri ticarət şəbəkələri ilə aparılan müzakirələrdən sonra mümkün olub. Buna görə də bunun birbaşa bazar iqtisadiyyatı qanunları nəticəsində enməsini söyləmək birmənalı qarşılana bilməz”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

E.Əmirov bildirib ki, sonrakı proseslərdə əgər məhəllə marketlərində də bu ucuzlaşmanın nəticəsi olaraq qiymətlərin 55 qəpiyə salınması mümkün olarsa, artıq bunu bazarın diqtəsi hesab etmək olar: “Sadəcə olaraq məhəllə marketlərində bildirilir ki, çörək onlara 55 qəpikdən təhvil verilir. Yəni 55 qəpikdən çörək alan mağazanın 55 qəpikdən də çörəyi sata bilməsi artıq sual doğurur.

Görünür ki, iri ticarət şəbəkələrinə çörək fərqli qiymətdə gedir. Əks təqdirdə isə satılan məsuldan əldə olunan gəlirlə müqayisədə çörəkdən heç bir gəlir əldə etməmək prinsipi tətbiq edilir. Digər halda məhəllə marketlərindən verilən məlumatlarla, iri ticarət şəbəkələrindəki çörəyin 55 qəpiyə satılması faktı arasında qəribə situasiya yaranır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə