“Bu tədbir Azərbaycanda ilk dəfə olaraq keçirilir” - ƏLİ NAĞIYEV
“Hər birinizi ürəkdən salamlayır, yarış iştirakçılarına uğurlar arzulayıram. Qeyd etmək istəyirəm ki, ölkəmizin həyatında mühüm hadisə olan bu tədbir Azərbaycanda ilk dəfə olaraq keçirilir. Ümidvaram ki, kiberhücumların simulyasiya edilməsi ilə yarış formatında keçiriləcək tədbir ölkəmizin qeyd olunan sahədə əldə etdiyi təcrübələri daha da təkmilləşdirməyə, tərəfdaş ölkələrlə kibertəhlükəsizlik sahəsində mövcud münasibətlərin inkişafına, gələcək əməkdaşlıq üçün yeni üfüqləri müəyyən etməyə yardımçı olacaqdır”. SİA xəbər verir ki, bu sözləri general-polkovnik, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev "Critical Infrastructure Defence Challenge 2023" tədbirində çıxışı zamanı deyib.
Əli Nağıyev sözlərinə belə davam edib: “Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində hazırda ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir. Ölkəmizin elmi-texniki tərəqqisində mühüm rol oynayan informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahədə təhlükəsizlik risklərinin idarə edilməsini və informasiya infrastrukturlarının kibertəhdidlərə qarşı dayanıqlılığının artırılmasını da labüd edir. Bu isə öz növbəsində təhlükəsizliyin təmin olunmasında yeni yanaşmalar tələb edir və informasiya təhlükəsizliyinin etibarlı təminatı baxımından dövlətlərin məsuliyyətini xeyli artırır. Təsadüfi deyil ki, kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsi müasir dövrün ciddi əhəmiyyət kəsb edən çağırışlarından və təhlükəsizlik cəhətdən vacib vəzifələrdən hesab olunur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB