“Qarabağda iqtisadi artım tempi MDB məkanında ən yüksək göstərici olacaq” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qarabağda iqtisadi artım tempi MDB məkanında ən yüksək göstərici olacaq” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirildikdən sonra bir çox sahələr dirçələcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, turizm, istehsalat sahələri xüsusi inkişafı ilə seçiləcək: “Bir neçə il sonra həmin ərazilərdə ciddi inkişaf, yüksəliş olacaq. Oradakı iqtisadi artım tempi MDB məkanında ən yüksək göstərici olacaq. Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatı, heyvandarlıq, turizm sahələrinin inkişafı üçün unikal məkandır. Azərbaycan 30 il ərzində Ermənistan silahlı qüvvələrinin işğalı səbəbindən bu ərazilərdə müxtəlif təyinatlı layihələr həyata keçirə bilməyib. Bu gün isə həmin torpaqlar azaddır, dövlət başçısının birbaşa nəzarəti və konkret planları əsasında hər iki iqtisadi rayonda infrastruktur layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz evlərinə qayıdır. Yeni istifadəyə verilmiş Füzuli və Zəngilan və tikintisi davam edən Laçın hava limanlarının da imkanları böyükdür. Xarici turistlərin bölgəyə birbaşa girişi də bu hava limanları vasitəsilə təmin olunacaq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə