"Türkdilli dövlətlər arasında dostluq münasibətləri möhkəmlənir" - Türkiyə təmsilçisi

"Türkdilli dövlətlər arasında dostluq münasibətləri möhkəmlənir" - Türkiyə təmsilçisi

"Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan gənc energetiklər arasında yarışa bizi dəvət etdiyi üçün hörmətli Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Yarış sayəsində türk dövlətləri arasında dostluq münasibətlərinin möhkəmləndiyini düşünürəm". Bu sözləri Hadrutda keçirilən I Beynəlxalq Peşə Ustalığı Yarışmasında Türkiyəni təmsil edən Hasan Ali Yürük SİA-ya açıqlamasında deyib.

O bildirib ki, yarışın ilk günündə komandalar çətin sualları cavablandırmağa çalışıb: "Amma önəmli olan dostluqdur. Burada olmaqdan qürur hissi keçiririk. Bu tədbirin Qarabağda keçirilməsi xüsusi məna kəsb edir. İnşallah bu yarışın davamı da olacaq. Türkdilli dövlətlərin bu baxımdan birlik ola bilməsi çox əhəmiyyətlidir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə