Türkiyənin lirə ilə xarici ticarəti 77,2 faiz artıb

Türkiyənin lirə ilə xarici ticarəti 77,2 faiz artıb

Sentyabr ayında Türkiyənin milli valyuta ilə xarici ticarət həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 20 milyard 342 milyon lirəyə çatıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin hazırladığı hesabata görə, ölkənin türk lirəsi ilə yanvar-sentyabr ayları arasında xarici ticarət həcmi 77,2 faiz artaraq 150 milyard 581 milyon lirəyə çatıb.
Bu dövrdə türk lirəsi ilə edilən idxal 416 milyard 73 milyon lirə olaraq hesablanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə