Valyuta hərracında bankların dollar tələbi 41 mln. təşkil edib

Valyuta hərracında bankların dollar tələbi 41 mln. təşkil edib

12 oktyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

SİA AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 41 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 13.5% azdır. Belə ki, 10 oktyabrda keçirilən valyuta hərracında banklar 47.4 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə