"Vəsaitin ayrılması bölgədə infrastrukturun inkişafına təkan verəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın yalnız işğaldan azad olunmuş ərazilərində deyil, eyni zamanda digər bölgələrində də nəqliyyat və logistik infrastrukturun inkişafı müşahidə edilir. Bu kontekstdən İmişli rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun təmiri ilə bağlı vəsaitin ayrılması birmənalı olaraq bölgələrdə infrastrukturun inkişafına təkan verəcək". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu vəsaitin ayrılması həmin bölgələrimizin iqtisadi inkişafının dəstəklənməsi baxımından da vacibdir: "Burada əsas məqsəd vətəndaşlarımızın daha rahat və müasir standartlara uyğun nəqliyyat vasitələrindən və xətlərindən istifadə etməsidir. Eyni zamanda, inkişaf etmiş nəqliyyat infrastrukturu istehsal edilən məhsulun daşınması, xidmətlərin keyfiyyəti baxımından da xüsusi əhəmiyyət daşıyır. Təbii ki, nəqliyyat infrastrukturunun yaxşı vəziyyətdə olması iş adamları üçün də yeni imkanlar yaradır. Ona görə də bu istiqamətdə vəsaitin ayrılması həmin bölgədə bir çox sahənin inkişafına müsbət təsir göstərəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə