Sementin bahalaşması mənzil bazarına necə təsir göstərəcək ? - İQTİSADÇI DANIŞDI

Sementin bahalaşması mənzil bazarına necə təsir göstərəcək ? - İQTİSADÇI DANIŞDI

“Sementin bahalaşmasının mənzil qiymətlərinə təsir edəcəyini düşünmürəm”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, tikinti materialları 2021-2022-ci illərdə bahalaşma olmuşdu: “Lakin 2022-ci ilin sonlarından başlayaraq, bu qiymətlər aşağı düşsə belə, bu mənzil və tikinti bazarında hiss olunmur.

Hazırda da bir sıra tikinti materiallarının qiymətlərində enmələr müşahidə olunur. Bu baxımdan da sementin bahalaşması tikinti və mənzil bazarına təsir etmir. Çünki bəzi məsulların qiymətlərindəki enmələr ilə digərlərində olan artım biri-birini kompensasiya edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə