"Tələb və təklif tənzimlənməlidir" - İQTİSADÇI ŞƏRH ETDİ
"Büdcədən ayrılan hər bir investisiya müəyyən inflyasiya təhdidləri yarada bilir. Bu onunla əlaqədardır ki, dövriyyəyə əlavə vəsait girir. Bu əlavə vəsait də insanlar arasında paylandığına görə tələb yaradır. Həmin tələb də sözsüz ki, təklifi tətikləyir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, digər tərəfdən büdcə xərclərinə əsaslı investisiyaların ayrılması həm də digər sahələrin aktivləşməsinə səbəb olur: "Aydın məsələdir ki, iqtisadi proseslərə əsasən iqtisadiyyat aktivləşdikcə bu müəyyən tələb və təklifə öz təsirini göstərir. Bu da şübhəsiz qiymət artımı ilə müşahidə edilir. Həmçinin, əməkhaqqı və ya pensiyaların artırılması da müəyyən formada inflyasiyaya təhdid yaradır. Bu baxımdan düşünürəm ki, investisiya və büdcə xərclərinin artırılmasına daha tarazlı yanaşılmalıdır. Ona görə ki iqtisadiyyata daxil olan əlavə maliyyə inflyasiya dərəcələrini artırmasın. Bunun üçün tələb və təklif tənzimlənməlidir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB