"Məhsullarımızı beynəlxalq istehlakçılara yaxından tanıtmalıyıq" - Məcnun Məmmədov
"Ötən dövr ərzində dünyanın üzləşdiyi pandemiya və hal-hazırda davam edən regional böhranlar qlobal qida təhlükəsizliyinin təmin edilməsində aqrar ticarətin önəmini ön plana çəkdi. Azərbaycan, həmçinin reallaşdırdığı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat infrastrukturu layihələri sayəsində Avrasiyanın etibarlı nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib. Bu layihələr sırasında yer alan, illik yükdaşıma gücü 15 milyon ton olan Bakı Ələt Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istehsal etdiyimiz aqrar məhsulların ölkələrimiz arasında və digər üçüncü ölkələrə daha tez və təhlükəsiz daşınmasına imkan yaradır". SİA xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.
"Həmçinin xüsusi investisiya güzəştləri təklif edən yeni yaradılmış Ələt İqtisadi Zonasında iş adamlarımız əməkdaşlıq quraraq, beynəlxalq ixrac standartlarına cavab verən və müasir texnologiyalarla təchiz olunan Türk Dövlətləri Təşkilatının brendinə çevriləcək birgə müəssisələr yaratmaq imkanlarını da nəzərdən keçirməlidirlər. Hesab edirəm ki, iş adamlarımız qeyd etdiyim infrastruktur layihələrindən və əlverişli investisiya mühitindən faydalanaraq ixrac coğrafiyamızı daha da genişləndirməlidirlər. Biz, həmçinin öz ölkələrimizdə təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirak etməli və məhsullarımızı beynəlxalq istehlakçılara yaxından tanıtmalıyıq",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB