Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 8% azalacaq
2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 41,1%-ni və ya 13865 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1122 milyon manat və ya 7,5%, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1678 milyon manat və ya 10,8% azdır.
SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Qeyd edək ik, 2024-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 71,3%-i və ya 9890,0 milyon manatı qeyri-neft sektorunun, 28,7%-i və ya 3975 milyon manatı neft sektorunun payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB