OECD-nin Türkiyə iqtisadiyyatı üçün artım proqnozu

OECD "2023-cü ilin sentyabr-dekabr ayları iqtisadi görüntü hesabatı"nı yayıb
OECD-nin Türkiyə iqtisadiyyatı üçün artım proqnozu

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu 3,6-dan 4,3 faizə yüksəltdi.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, OECD "Sentyabr-dekabr ayları iqtisadi görüntü hesabatı"nı yayıb.

Türkiyə iqtisadiyyatı üçün 2023-cü ilin iyun ayında 3,6 faiz olaraq açıqlanan artım proqnozu yeni hesabatda 4,3 faizə yüksəldilib.

OECD hesabatında Türkiyə iqtisadiyyatının 2024-cü il üçün artım proqnozu 3,7-dən 2,6 faizə endirilib. 2023-cü il üçün inflyasiya gözləntisi isə 44,8-dən 52,1 faizə yüksəlib. 2024-cü il üçün Türkiyədə inflyasiyanın 39,2 faizədək azalacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə