“Bir günə 5 AZN ödəniş şəhər tariflərinə uyğundur” - İQTİSADÇI- EKSPERT FİKİR BİLDİRDİ
Məlumata görə, AZAL-ın parkinq hissəsində avtomobil 24 saat dayanacaqda qalırsa 5 manat, növbəti günlər ərzində isə günlük 15 manat ödəniş edilməlidir. Dayanacaqda standart qiymət bir gün üçün 5 manat olub. SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimlinin fikirlərini öyrənib.
Onun sözlərinə görə, bu, rasional yanaşmadır: “Çünki hava limanının ərazisi daha çox intensiv nəqliyyatın daxil olduğu sahədir. Əlbəttə, bu, müsbət hal olardı ki, xaricə gedən sərnişinlər üçün həm ictimai, həm də şəxsi nəqliyyat vasitələrinin rahat daxil olmasına şərait yaradılsın.
Hesab edirəm ki, bir günə 5 AZN ödəniş şəhər tariflərinə uyğundur. 24 saat üçün 5 manat ödəniş şəhərdəki zonalarla nisbətdə daha sərfəlidir”.
Eyyub Kərimli sözlərinə belə davam edib: “Digər günlərdə 15 AZN ödəniş məsələsinə gəldikdə isə, bu ona görə belə edilib ki, orada avtomobillər uzun müddət dayanmasınlar. Yaxşı olar ki, insanlar harasa uçanda hava limanına taksi, yaxud ictimai nəqliyyatla getsinlər. Çünki orada şəxsi avtomobillərin çox qalması digər avtomobillərin giriş-çıxışına maneə törədir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə