Neft qiymətlərinə tavan tətbiq etməklə Qərb uduzdu..?

Neft qiymətlərinə tavan tətbiq etməklə Qərb uduzdu..?

“...O vaxt Qərb Rusiya neftinə tavan qiymət tətbiq etməklə ölkəmizin iqtisadi gücünü sarsıtmağa ümid edirdi. Ancaq indi “Business Insider” kimi xarici nəşrlər Rusiya iqtisadiyyatının yenidən neft ticarətindən əhəmiyyətli gəlir əldə etdiyini narazılıqla qeyd edirlər”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu rus saytları yazır.

Neftin qiymətinin məhdudlaşdırılması siyasətinin niyə uğursuz olduğunu soruşan ruslar buna cavab da göstərirlər.

Onların iddiasına görə, Qərb neft embarqosuna dünyanın bütün ölkələrinin qoşulmayacağını nəzərə almırdı.

...Rusiya neft məhsullarının qiymətinin məhdudlaşdırılması qərarını dəstəkləyən ölkələrə öz neftini verməkdən imtina edəndə Avropa və ABŞ xoşagəlməz bir şəkildə təəccübləndi.

Ruslara görə, bu cür sanksiyaların işləməsi üçün dünyanın əksər hissəsini belə embarqonun yaradılmasına cəlb etmək lazımdır. Amma müasir şəraitdə bu, sadəcə olaraq mümkün deyil. Qərb ucuz rus nefti əvəzinə bahalı “hind” nefti aldı.

Bu və ya digər şəkildə rusların neft məhsulları Avropa ölkələrinin qoyduğu məhdudiyyətlərdən yan keçərək Avropa bazarına çıxır.

Yeri gəlmişkən, “BI”-nin məlumatına görə, Rusiya avqust ayında neft ticarətindən əvvəlki ayla müqayisədə 10 faiz çox gəlir əldə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə