Qiymət artımının səbəbləri NƏLƏRDİR? - İQTİSADÇI AÇIQLADI

Qiymət artımının səbəbləri NƏLƏRDİR? - İQTİSADÇI AÇIQLADI

“Bu ilin avqust ayında əvvəlki ayla müqayisədə mənzillərin icarə haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşımaların qiymətində bahalaşma müşahidə olunub. Bahalaşma əsasən mövsümlə əlaqədardır. İyul-avqust aylarında insanlar daha çox məzuniyyətdə olur, ya regionlara ya da xarici ölkələrə turistik səfərlər edirlər. Bu da sözsüz ki, tələb yaradır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, tələb olan yerdə qiymət artımı müşahidə olunur: “Bu, iqtisadi prosesdir. Bu baxımdan düşünürəm ki, mənzillərin icarə haqqının və nəqliyyatın qiymətində artım təbii bir haldır”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, digər tərəfdən yeni tədris ilinə az qalıb: “Yeni tələbələr universitetlərə qəbul olublar. Bu səbəbdən regionlardan paytaxta axın baş verir. Yayda isə əksinə şəhərdən regionlara insan axını olur. Yəni, bu bahalaşma eyni zamanda, daxili miqrasiya ilə bağlı prosesdir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə