“Yol tikintisi ilə bağlı sərəncamlar çox müsbət haldır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Yol tikintisi ilə bağlı sərəncamlar çox müsbət haldır” - MÜNASİBƏT BİLDİRİLDİ

"Ölkənin periferiyalarında yol tikintisinin inkişaf etdirilməsi və infrasturukturun yaxşılaşdırılması müsbət haldır. İşğaldan azad olunmuş ərazilərdə bu daha çox vacibdir. Çünki ölkənin digər ərazilərində pis-yaxşı yol var. İşğaldan azad olunmuş ərazilərdə isə yollar pis gündədir. Həmçinin, həmin ərazilərdə tikinti bərpa işləri aparılır, yeni iqtisadi infrasturukturlar qurulur, istehsal müəssisələri yaradılır və yaşayış məskənləri salınır. Ona görə o zonada tikilən yolların əhəmiyyəti böyükdür". Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Prezident İlham Əliyevin "Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi" ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, yolun iqtisadi gəlirlərini və səmərəsini ölçmək bir qədər mürəkkəb məsələdir: “Amma konkret olaraq görürük ki, əgər bir ərazidə istehsal müəssisəsi və yaşayış məntəqəsi tikilirsə, digər ərazilərdə həmin məntəqənin əlaqə infrastrukturlarının olması vacibdir.

Orada yol tikintisi ilə yanaşı heyvandarlıq və əkinçilik də inkişaf etdiriləcək. Yol tikintisi ilə bağlı sərəncamlar çox müsbət haldır. İşğaldan azad olunmuş ərazilərin bərpasında vacib məqamlardan biri yol işləri olmalıdır. Çox təqdirəlayiq addımdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə