“Brent” neftinin qiyməti 90 dolları keçib

“Brent” neftinin qiyməti 90 dolları keçib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin noyabr müqaviləsinin dəyəri 0,04% artaraq 1 barelə görə 90,08 dollar təşkil edib.

SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,03% azalaraq, 86,72 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə