Kirayə bazarında qiymət artımı nə qədər davam edəcək? - EKSPERT AÇIQLADI

Kirayə bazarında qiymət artımı nə qədər davam edəcək? - EKSPERT AÇIQLADI

"Hal-hazırda Bakı şəhərində və ətraf qəsəbələrdə kirayə mənzil bazarında bir növ xaus yaşanır. Belə ki, keçən illərlə müqaisədə bu il kirayə mənzil bazarına mənzil üçün müraciət edənlərin sayında artım olacağı indidən müşahidə edilməkdədir. Baxmayaraq ki hələ dərs ilinin başlanmasına hələ vaxt var, amma bununla belə indi kirayə mənzil bazarında mənzil axtaranların sayı daha çoxdur. Buna əsas səbəb kimi universitetlərdə yeni dərs ilinin başlanmasını qeyd etsək də, əslində bunun başqa səbəbləri də var. Belə ki Bakı şəhərində pilot layihələr aparılır. Bu layihələr çərçivəsində sökülmüş bina və həyət evlərində yaşayan sakinləri digər evlərə kirayə köçürüb, tikiləcək yeni binanın tikintisinin başa çatmasına qədər onları kirayədə saxlayırlar. Bu da təkrar kirayə bazarına yeni mənzillərin daha az çıxmasına səbəb olur. Yəni, bir kirayə mənzilə köçən sakin o mənzildə 3 il yaşayır. Belə olan halda təkrar kirayə bazarına əvvəlki illərlə müqayisədə daha az mənzilin çıxmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.

Onun sözlərinə görə, digər tərəfdən isə Ukrayna və Rusiya arasında gedən müharibənin Azərbaycanda təkrar kirayə bazarına birbaşa təsiri olur: "Çünki Ukraynada müharibədən qaçan dinc əhali və Rusyada müharibəyə getməmək üçün çağırışdan qaçan rus vətəndaşlarının da Bakıda kirayə mənzil tutmaları kirayə mənzil bazarına təsir edən amillərindən biridir. Biz əgər nəzərə alsaq ki , onsuzda Bakı şəhərində kirayə mənzil bazarında mənzil çatışmazlığı var, onda bu il tələbələr üçün çox çətinliklər olacaq. Digər tərəfdən bu il universitetlərə və ali məktəblərə daxil olan tələbələrin sayında ciddi artım qeydə alınıb. Bu artım da mənzil bazarına ciddi təsir göstərəcək. Keçən illərlə müqayisə etsək görərik ki, keçən illərə baxanda bu il kirayə mənzil bazarında daha çox qiymət artımı qeydə alınacaq. Bu artımı fürsətə çevirən bəzi ev sahibləri öz evlərini dəyərindən daha baha qiymətə təklif edirlər. Mən bir mütəxəsis kimi deyə bilərəm ki, yeni dərs ili başlayan qədər kirayə mənzil bazarında qiymətlərin daha da artımı qeydə alınacaq".

Ekspert sözlərinə davam edərək bildirib ki, əgər keçən illərlə müqaisə etsək hazırki günədək kirayə mənzil qiymətlərində 30 faizə qədər qiymət artımı müşahidə edirik: "Bu artım oktyabr ayının sonlarınadək davam edəcək . Hazırki müşahidəmizdən belə demək olar ki, tələbələrin cəmi 30 faizi evlə təmin edilib. Qalan 70 faizi hələ kirayə mənzil bazarına daxil olmayıb. Bu kimi əsasları gözdən keçirəndə belə demək olar ki, bu il tələbələr üçün heç də asan olmayacaq. Bu il daha çox artım qiyməti 800 AZN-ə qədər olan mənzillərdə müşahidə olunur. Qiyməti 800 manatdan yuxarı olan mənzillərdə elə də çox qiymət artımı olmayıb. Ümumilikdə kirayə mənzil bazarında qiymət artımının səbəbini araşdırsaq görərik ki bunun əsas səbəbi kimi təkrar mənzil bazarına bu il daha az kirayə mənzilin çıxmasıdır. Yəni, loru dildə desək, mənzil çatışmazlığı demək olar. Daha çox qiymət artımı isə universitetlərə nisbətən yaxın ərazilərdə və şəhərin mərkəzi hissələrində qeydə alınır. Əgər tələbə gənclər ötən illərdə ən çox 4 nəfər bir mənzili paylaşırdılarsa, bu il 6 nəfər və daha çox tələbə bir mənzildə bərabər yaşamalı olacaq. Çünki mənzilin çox baha olması tələbələrin büdcələrinin həmin mənzildə az adamla qalmasına imkan vermir . Onlar qiymət artımınından daha az ziyanla birtəhər ötüşdürməyin çarəsi kimi pulun 3-4 yox 6-7 nəfər arasında bölünməkdə tapıblar".

"Bir ekspert kimi deyə bilərəm ki oktyabr ayının sonuna noyabr ayının əvvəlinə kimi kirayə mənzillərin qiymətlərində aşağı enmə və yaxud fantastik qiymətlərin daha real qiymətlərlə dəyişməsinin şahid olacağıq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə