Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb

Bu ilin birinci yarısında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 535 337,2 min manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 612 054,3 min manat səviyyəsində olub.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 19 649,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,7% çoxdur.

Hesabat dövründə nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 15 025,4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,48% çoxdur. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,7%-i və ya 12 570,2 min tonunu Azərbaycanda hasil edilən neft, 16,3%-i və ya 2 455,2 min tonunu (4% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 238 913,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,4% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə