Sahibkarlığın İnkişafı Fondu (SİF) sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında yenidən "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirir.
SİA-nın əldə etdiyi məlumata görə, SİF-dən bildirilib ki, müsabiqədə yalnız Fondla əməkdaşlıq edən və 2023-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqlarının) kredit mütəxəssisləri iştirak edə bilər.
Qaliblər müvafiq sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara verilmiş kreditlərin sayı əsas götürülməklə, o cümlədən müsabiqə üzrə bildirilmiş əlavə meyarlar üzrə hesablanmış ümumi əmsallar nəzərə alınmaqla müəyyənləşdiriləcək. Müsabiqəyə müraciətlərin qəbulu dekabrın 20-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB