Xarici investorlar Türkiyənin valyuta ehtiyatlarında artımın davam edəcəyini gözləyirlər. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Beynəlxalq kredit reytinq agentliyi “Moody's” tərəfindən aparılan Türkiyə iqtisadiyyatının illik təhlilindən sonra İngiltərənin aparıcı banklarından biri olan “Barclays” “İnkişaf etməkdə olan bazarlar üzrə araşdırma hesabatı”nda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının valyuta ehtiyatlarının artmasının davam edəcəyini bildirib.
Hesabatda yazılır: “Biz avqustun ortalarından 2024-cü ilin sonuna kimi Türkiyədə xarici valyuta ehtiyatlarının əlavə 17 milyard dollarlıq bərpasını gözləyirik”.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı ehtiyatlarının yüksəlişini 8-ci həftəyə qədər gətirə bilib. 2023-cü ilin may ayının sonunda 98,5 milyard dollar səviyyəsində olan ümumi ehtiyatlar 4 avqust həftəsində 115,6 milyard dollara yüksəlib.
Analitiklər xarici investorların Türkiyəyə marağının da artdığına diqqət çəkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB