Məcnun Məmmədov vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov vətəndaşları qəbul edəcək

Avqustun 11-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun inzibati binasında Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya nazirlikdən bildirilib.

Məlumata görə, qəbulda iştirak etmək istəyənlər qurumun “Çağrı Mərkəzi” (1652) və ya +99460 5966962 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə