Etibarnamənin ləğvi necə nəticələnəcək? - MÜNASİBƏT BİLDİRİLDİ

“Etibarnamələrin ləğv edilməsi haqqında müvafiq qərar Milli Məclisə göndərilib. Lakin bu o demək deyil ki, etibarnamələr artıq tarixə qovuşdu”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə eksperti Aslan Əsədov deyib.

Onun sözlərinə görə, etibarnamələr nəqliyyat vasitəsini idarə etmək üçün I və II qohumluq dərəcəsi olan insanlara, hər hansı bir şirkət və ya müəssisə tərəfində işçiyə verilir: “Hazırda etibarnamələrin təqdim olunması qərarına baxılması tövsiyə olunur. Onsuzda etibarnamələrin verilməsi qaydaları son 2-3 ildə sadələşdirilib. Yəni, elektron etibarnamələrə keçid edilib. Etibar edən şəxs sistemə etibar edilən şəxsin müvafiq əlamətlərini, rüsumun ödənilməsi haqqında qəbzi daxil edir. Təsdiqləyici mesaj və ya zəngdən sonra artıq etibarnamə sistemə oturur”.

Ekspert sözlərinə davam edərək bildirib ki, etibarnamələr ləğv olunsa say etibarilə daha çox əhali avtomobildən yararlana biləcək: “Bu qərarın mənfi nəticəsinin olacağına inanmıram. Lakin istisna hallar ola bilər. Məsələn, ailə üzvlərindən kimsə narkotik və ya içkinin təsirində olarkən avtomobili idarə edə bilər. Bu, artıq cinayət prosesidir. Yəni, etibarnamənin buna bir o qədər də aidiyyatı yoxdur. Düşünürəm ki, bu qərar olduqca müsbət qarşılanacaq. Hər kəs bu qərardan faydalana biləcək”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə