"Hazırda populyar olmayan bütün tərəvəzlərin genefondu toplanılır" - QURUM RƏSMİSİ BİLDİRDİ
“Tərəvəz bitkilərinin bir çox növü üzərində tədqiqat işləri aparılır. Lakin dünyada, o cümlədən, ölkəmizdə prioritet olan tərəvəz bitkiləri var. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu olaraq çalışırıq ki, bütün tərəvəz növləri üzərində araşdırma aparaq”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.
“Çünki bu gün aktual olmayan tərəvəz növü bir neçə ildən sonra aktual ola bilər. Məsələn, bundan bir neçə il öncə ölkəmizdə müxtəlif kahı sortları, brokoli və s. bir o qədər məşhur deyildi. Hazırda isə qida rasionumuza daxil olub və istehlakçılar tərəfindən kifayət qədər tələb olunur. İstənilən tərəvəz növü vitamin və digər xeyirli maddələrlə zəngin olduğu, getdikcə qeyri-ənənəvi tərəvəzlər əhali tərəfindən bəyənildiyi üçün onlara tələbat artır. Ona görə də gələcəkdə əhali tərəfindən bəyənildikcə tələb və istehlak olunacağına əmin olduğumuz üçün indi bir o qədər də populyar olmayan tərəvəzlərin genefondunu toplayırıq”-, deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB