Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq müzakirə olunub

Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov arasında görüş keçirilib. KOBİA-dan SİA-ya verilən məlumata görə, görüşdə hər iki ölkənin biznes dairələri arasında mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə