Neçirvan Bərzani Mikayıl Cabbarov ilə görüşüb

İraq Kürdüstan Regionu ilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
Neçirvan Bərzani Mikayıl Cabbarov ilə görüşüb

Ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iqtisadi sahədə Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin iş adamları arasında daimi təmas və əlaqələrin yaradılmasına dəstək verilməsi, energetika, ticarət, nəqliyyat sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə