“Ağıllı kənd təsərrüfatı adından göründüyü kimi müasir texnologiyaların kənd təsərrüfatına tətbiqidir. Buna smart kənd təsərrüfatı deyilir. Eyni zamanda burada həm də rəqəmsallaşmanın tətbiqindən söhbət gedir”. Bu sözləri SİA-ya açıqlamasında Xalid Kərimli deyib.
Onun sözlərinə görə, ağıllı kənd təsrrüfatı dedikdə rəqəmsal texnologiyaların istehsalata tətbiqi nəzərdə tutulur: “İsrail bu sahədə ən yaxşı nümunələrdən biridir ki, quraqlıq torpaq sahəsində dünyanın ən böyük kənd təsərrüfatı ölkələrindəndir. Eyni ilə Hollandiya da torpaq olmayan yerdə yenə də dünyanın ən böyük kənd təsərrüfatı ölkələri sırasına adını daxil edə bilib. Onlar torpağın xüsusiyyətlərindən yola çıxaraq, ona qulluq edilməsi qaydalarını öyrənirlər. Bizdə isə bunların heç biri tətbiq edilmir. Təbii ki, aqro-parklarda bu proseslər müəyyən dərəcəyə qədər tətbiq edilir, lakin ümumi şəkildə Azərbaycanda tətbiqi inkişaf etməyib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB