STM-də "Sığorta mübahisələrinin uğurlu həlli yolları" adlı tədbir keçirilir - YENİLƏNİR

STM-də "Sığorta mübahisələrinin uğurlu həlli yolları" adlı tədbir keçirilir - YENİLƏNİR

Bu gün Sosial Tədqiqatlar Mərkəzində "Sığorta mübahisələrinin uğurlu həlli yolları" mövzusunda elmi-praktik konfrans keçirilir. SİA xəbər verir ki, konfrans Sosial Tədqiqatlar Mərkəzi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Mediasiya Şurası və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutur.

Konfransın açılışında STM İdarə Heyətinin sədri Zahid Oruc, AMB Baş direktoru Ziya Əliyev, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə