Qeyri-neft-qaz məhsullarının ixracı artıb

Qeyri-neft-qaz məhsullarının ixracı artıb

2023-cü ilin yanvar-may aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə 18,3 faiz artaraq 1465,8 milyon dollara bərabər olub.

SİA-nın əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31,7 faiz),

Rusiyaya (27,6 faiz), Gürcüstana (11,0 faiz), İsveçrəyə (3,6 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,2

faiz), İtaliyaya (1,4 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,4 faiz), Özbəkistana (1,3 faiz), Belçikaya (1,3 faiz), Rumıniyaya (1,2

faiz), Çinə (1,1 faiz) və Almaniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə