Dünya bazarlarında neftin qiyməti bahalaşıb

Dünya bazarlarında neftin qiyməti bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,26% artaraq 1 barelə görə 80.32 dollar təşkil edib.

SİA-nin məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,21% artaraq, 75.91 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə