"Mərkəzi Bank və Mediasiya Şurası arasında sıx əməkdaşlıq qurulub" - QURUM RƏSMİSİ BİLDİRDİ
"Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatları cəmiyyətimizin həyatının bütün müstəvilərində olduğu kimi bank-maliyyə sahəsində də öz səmərəliliyini göstərməkdədir". SİA xəbər verir ki, bu sözləri STM-də “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən elmi-praktik konfransda Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev deyib.
Onun sözlərinə görə, Mediasiya haqqında qanun, Mediasiya Şurası və ümumilikdə Mediasiya İnstitutu sözügedən islahatların daha fundamental, qabaqcıl beynəlxalq təcrübəyə uyğun tətbiqi baxımdan öz missiyasını yerinə yetirməkdədir: "Əhali və bank subyektləri üçün mübahisələrin məhkəmədən kənar qaydada həll edilməsi imkanlarını təqdim edən Mediasiya İnstitutunun təşkili baxımından belə konfransların keçirilməsi önəmlidir. Sevindirici haldır ki, bu sahədə mübahisələrin həllinə Mediasiya vasitəsilə baxılması istiqamətində Mərkəzi Bank və Mediasiya Şurası arasında sıx əməkdaşlıq qurulub. Bu çərçivədə çoxsaylı görüşlər keçirilib və meditasiya təcrübəsinin artırılması istiqamətində fəaliyyətə dair müzakirələr aparılıb".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB