2023-cü ilin ilk 6 ayında Türkiyə avtomobil sənayesi ixracatı
Türkiyənin avtomobil sənayesi 2023-cü ilin ilk 6 ayında 17 milyard 337 milyon dollarlıq ixracat həyata keçirib.
SİA türk qaynaqlarına istinadən xəbər verir ki, Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyindən (OİB) verilən məlumata görə, Türkiyə avtomobil sənayesi iyun ayında əvvəlki ilin eyni dövrünə görə 9 faiz artımla 3 milyard dollarlıq ixracat edib.
İlin ilk 6 ayında avtomobil sənayesinin ixracatı 13,7 faiz artaraq 17 milyard 337 milyon dollar olub.
İyun ayında ölkələrə görə ən çox ixrac Fransaya edilib. Bu ay Fransaya ixrac bir əvvəlki ilin eyni dövrünə görə 10 faiz artaraq 400 milyon dollara çatıb.
Sektorun ən böyük bazarı olan, lakin iyun ayında ikinci yerdə olan Almaniyaya ixracat həcmi 4 faiz azalaraq 388 milyon dollar olub.
Üçüncü ən böyük bazar olan Böyük Britaniyaya ixracın məbləği 284 milyon dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB