Pambığın qiymətinin aşağı düşməsinin səbəbləri nələrdir? - AYDINLIQ GƏTİRİLDİ

Pambığın qiymətinin aşağı düşməsinin səbəbləri nələrdir? - AYDINLIQ GƏTİRİLDİ

“Bu il pambıq ixracatı kəskin şəkildə azalıb. Ümumi ixracatımıza düşən pay 1 faizdən belə az, yəni 0,43% olub. Bu onu deməyə əsas verir ki, ixrac potensialında pambığın çox əhəmiyyətli bir rolu yoxdur. Çünki pambığı əsasən xammal kimi ixrac edirik. Əlbəttə ki, dünyada bugünkü gündə pambığın qiymətinin aşağı enməsinin müəyyən səbəbləri var”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, bunlardan biri Türkiyədə baş verən zəlzələdir: “Əsas tekstil sənayesi həmin bölgədə yerləşirdi. Lakin zəlzələ nəticəsində o bölgə iflic vəziyyətə düşüb. Bu səbəbdən dünyada pambığın qiymətində və tələbində kəskin azalma baş verib. Amma ümumilikdə pambıq çox əhəmiyyətli bir məhsuldur və demək olar ki, qızıl qədər dəyərlidir”.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, hazırda ölkəmizdə pambıq istehsalı azalır: “Bu da onu deməyə əsas verir ki, bu sahəyə əlavə subsidiyaların ayrılmasına və fermerlər arasında müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Düşünürəm ki, növbəti illərdən artıq pambığa tələbat artacaq. Bununla bağlı ölkəmiz həm də başqa ixrac kanalları axtarmalıdır. Yəni, Azərbaycan pambıq ixracatı üçün Türkiyədən əlavə başqa ölkələrlə iqtisadi əlaqələri gücləndirməlidir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə