Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 13 %-dən çox artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri 1 milyard 168,7 milyon manatlıq xidmət göstərib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 % çoxdur.
Göstərilən xidmətlərin 76,7 %-ni əhali istehlak edib.
Beş ay ərzində xidmətlərdən əldə edilən gəlirin 38,6 %-i və ya 450,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB