Yaponiya şirkəti dağ kəndlərində optimal hibrid sistemini tətbiq edəcək
Azərbaycan və Yaponiya bərpa olunan enerji mənbələri əsasında optimal hibrid sistemin tətbiqi ilə bağlı pilot layihə üzrə əməkdaşlıq edəcək.
SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.
Nazir bildirib ki, “Komaihaltec" şirkəti ilə ucqar dağ kəndlərinin elektrik və istilik təchizatına dair müzakirələr aparılıb.
Müzakirələr P. Şahbazovun "Komaihaltec" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB