“Sərhədlərin açılmasında geosiyasi faktor ön plana keçməkdədir” - DEPUTAT DANIŞDI

“Sərhədlərin açılmasında geosiyasi faktor ön plana keçməkdədir” - DEPUTAT DANIŞDI

“Azərbaycanda karantin rejimi oktyabrın 2-dək uzadılsa da, Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarları var. Həmin qərara əsasən artıq hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, həmçinin, xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışı zamanı COVID-19 pasportu ilə bağlı tələb ləğv edilib: “Yəni, HK günün tələbinə uyğun qərarlar qəbul edir. Ancaq quru sərhədlərinin açılması üçün konkret qərarın qəbul edilməsi ölkəmizdə əhalinin sağlamlığının qorunması ilə bağlı yox, əsas etibarilə ölkənin milli təhlükəsilik tədbirləri ilə bağlı olduğundan bu məsələn indiki şəraitdə məqbul deyil.

Faktiki olaraq Türkiyə ilə quru sərhədlərimiz açıqdır, Naxçıvanda Türkiyə ilə sərhədlər açılıb və gediş-gəliş normal təmin edilir. Ancaq hazırda Azərbaycanın yerləşdiyi regionda yaranmış mürəkkəb vəziyyət, təhlükəsizlik və s. məsələləri ilə əlaqədar sərhədlərin açılmasında epidemioloji faktordan çox geosiaysi faktor ön plana keçməkdədir. Yəni, Azərbaycan bölgədə terror təhdidləri və siyasi təxribatların artması və digər təhrikləri nəzərə alaraq bu məsələdə olduqca düzgün və təmkinli bir qərarlar verməyi düşünür. Bu baxımdan quru sərhədlərinin açılmasında da bu konteksdən yanaşma daha aktualdır. Bu prizmandan yanaşsaq, Gürcüstan və Rusiya ilə quru sərhədlərin açılması realdır, ancaq İranla sərhədlərin açılıb-açılmayacağı barədə hökumət ayrıca qərar verməlidir. Buna səbəb yuxarıda vurğuladığımız kimi terror təhdidləri ilə əlaqədat təhlükəszilkilə bağlıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə