Quru sərhədləri hansı formada açıla bilər? - DEPUTAT AYDINLIQ GƏTİRDİ

Quru sərhədləri hansı formada açıla bilər? - DEPUTAT AYDINLIQ GƏTİRDİ

“Quru sərhədlərin açılaması son dövrlər müzakirə edilən məsələlərdəndir. Nəzərə alsaq ki, turizm mövsümü başlayıb və ölkəyə gələn turistlərin sayında artımlar var. Bu ilin 5 ayında Azərbayacana gələn turistlərin sayı 1.5 dəfə artaraq, 730 minə çatıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu ondan xəbər verir ki, post-pandemiya dövründə Azərbaycana gələn xaricilərin sayında artımlar olub: “Buna görə də quru sərhədlərin açılması turizm və iqtisadi inkişaf üçün əhəmiyyətlidir. Bizim təklifimiz quru sərhədlərinin mərhələli şəkildə açılmasının daha məqsədəuyğun olmasından ibarətdir. Təklif olunur ki, ilkin olaraq Türkiyə və Gürcüstanla quru sərhədlərinin açılması müzakirə edilsin. İstər vətəndaşların rahatlığı, istərsə də turizm baxımından sərhədlərin açılması vacibdir. Buna görə də quru sərhədlərinin mərhələli şəkildə açılmasını məqsədəuyğun hesab edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə