"Mənzillərin təklif olunması elektronlaşdırıldığı üçün şəffafdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Aegntliyi (MİDA) artıq uzun müddətdir ki, sosial mənzillərin təminatını həyata keçirir. Həmçinin, MİDA mənzilləri xüsusən sosial təminata ehtiyacı olan vətəndaşlar üçün nəzərdə tutulub". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, MİDA-nın mənzilləri təkcə Bakıda deyil, həm də şəhər və rayonlarımızda inşa edilməkdədir: "Bu ondan xəbər verir ki, sosial mənzilə çıxış imkanı artır və daha çox vətəndaşımız sosial mənzillərdən istifadə edəcəklər".
Vüqar Bayramov sözlərinə belə davam edib: "MİDA tərəfindən mənzillərin verilməsi tamamilə elektronlaşdırılıb. Praktik olaraq prosesə hər hansı bir müdaxilə yoxdur. Bu da təbii ki prosesin şəffaflığı baxımından çox vacibdir. Ona görə də elektron müraciət olduğuna görə mənzillərə elektron sistem üzərindən mənzillərə müraciət olunur və əldə edilir. Bu baxımdan MİDA tərəfindən mənzillərin təklif olunması elektronlaşdırıldığı üçün şəffafdır. Bu imkan verir ki, aztəminatlı ailələr elektron şəkildə müraciət edərək həmin mənzillərə sahib ola bilsinlər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB