"Bu cür hallar məhsulların tələf olmasına səbəb olur” - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu cür hallar məhsulların tələf olmasına səbəb olur” - MÜNASİBƏT BİLDİRİLDİ

“Şübhəsiz ki, bölgələrdə baş verən sel və daşqınlar kənd təsərrüfatına da öz təsirini göstərəcək. Bu cür halların baş verməsi məhsulların tələf olmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, yay mövsümü meyvə-tərəvəzlərin bolluğu ilə seçilən bir dövrdür: “Belə bir dövrdə baş verən kiçik təbiət hadisələri aqrar sahədən öz mənfi təsirlərini göstərmədən yan keçmir. Lakin aidiyyatı dövlət qurumları tərəfindən problemlər qısa müddətdə həllini tapır. Burada söhbət həm insanlara konpensasiya verilməsi, həm də bazarda qiymətlərdə artım olmaması üçün atılan addımlardan gedir. Buna görə də qiymətlərdə artım olacağını düşünmürəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə