"Bəyannaməsində müttəfiqliyin bütün aspektlərinə toxunulub" - ŞƏRH EDİLDİ
"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətləri baxımından xüsusi bir sənəddir. Sənədin Şuşada imzalanması özü mühüm bir mesajdır".
Bu sözləri SİA-ya verdiyi açıqlamada politoloq Araz Aslanlı qeyd edib.
Onun sözlərinə görə, artıq 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış vəziyyət beynəlxalq hüquqa uyğun, ədalətli gedişatın geridönülməzliyinin sübutudur: "Digər məsələ, Şuşa Bəyannaməsi adında müttəfiqlik ifadəsi Türkiyə ilə Azərbaycan arasında keçən ilk sənəd idi. Şuşa Bəyannaməsi adətən sənədin hərbi təhlükəsizlik müttəfiqliyi nöqteyi-nəzərindən təhlil olunur. Lakin Şuşa Bəyannaməsində müttəfiqliyin bütün aspektlərinə toxunulub. Bu da çox önəmlidir.
Şuşa Bəyannaməsi iki tərəfi maraqlandıran bir sənəd deyil, Cənubi Qafqaz konteksində başqa dövlətləri də maraqlandıran məsələlərə orada toxunulub. Bəyannamə Cənubi Qafqazda proseslərin Türkiyə və Azərbaycanın maraqlarına uyğun qarşısının alınmasının, eyni zamanda türk dünyası ilə bağlı inteqrasiyanın gerçəkləşməsinin təminatıdır".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB