İstehsalın artması qiymətlərə təsir edəcək? - EKSPERTDƏN AÇIQLAMA

İstehsalın artması qiymətlərə təsir edəcək? - EKSPERTDƏN AÇIQLAMA

"2023-ci ilin yanvar-may aylarında kənd təsərrüfatının ümumi məhsullarının faktiki qiymətlərlə dəyəri üç milyard 116 milyon manat təşkil edib". Bu sözləri SİA-ya verdiyi açıqlamada iqtisadçı-ekspert Eldəniz Əmirov qeyd edib.

Onun sözlərinə görə, əvvəlki müvafiq dövrlə müqayisədə istehsal 5.2 faiz artmışdır: "Heyvandarlıq məhsulları 3.5 faiz, bitkiçilik üzrə isə 10.9 faiz artım müşahidə olunur. Bu faktiki qiymətlərlədir. Yəni bu o demək deyil ki, məsələn, 100 kq-lıq bitki məhsulu istehsal olunurdusa hazırda 110 kiloqramlıq istehsal olunur. Xeyr, bu artım sadəcə qiymətlərlədir. Əksinə, real ifadədə artımlar ürəkaçan deyil. Hazırda ölkəmizdə ət, süd idxalında artış var. Buna görə də hazırkı məqamda məhsul bolluğundan danışmaq olmaz. Sadəcə mövsümü faktorlarla əlaqədar olaraq müəyyən bazarlarda məhsulların bolluğunu müşahidə edə bilərik.

Ümumiyyətlə kənd təsərrüfatı məhsullarında ciddi bir istehsal artımı, qiymətlərin aşağı enməsi kimi bir hal yoxdur. Hər hansı bir qiymət enişi gözlənilən deyil. Əksinə, hesab edirəm ki, 2024-cü ilin ortalarına qədər bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı məhsullarında inflyasiya meyilləri davam edəcək".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə